Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrini şərh edəcək


  • 8 Yanvar 2021 12:06

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 29-na təyin edilmiş iclasında baxılacaq.

Oxşar xəbərlər