Məzmuna keç

Kommersiya fəaliyyəti ilə bağlı mübahisələr məhkəmədən kənar arbitraj prosedurları vasitəsilə həll olunacaq

Kommersiya fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar arbitraj prosedurları vasitəsilə də həllinə nail olmaq üçün BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasının (UNCITRAL) model qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırda qanunvericiliyə dəyişikliklər hazırlanır.

E-huquq.az-ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov “Mübahisələrin alternativ həlli və ixtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, layihə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərmandan və “Mediasiya haqqında” qanundan irəli gələn vəzifələrin həllinə texniki dəstək məsələlərini ehtiva edir.

Sənəddə kommersiya və inzibati məhkəmələrin institusional bazasının təkmilləşdirilməsi, bu məhkəmələrin hakimlərinin və məhkəmə işçilərinin peşəkarlığının artırılması, bütövlükdə mediasiyanın təşkilinə və UNCITRAL ilə əməkdaşlığın qurulmasına kömək göstərilməsi kimi vacib hədəflər müəyyənləşdirilib.