Bakı Apelyasiya Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin həbsdə olan həkimi Xaspolad Mirimovun və agentliyin əməkdaşı Əlican Quliyevin barəsindəki hökmdən verilən şikayətə baxılıb.
Ə. Quliyevin vəkiçi Hafiz Ələsgərovun e-huquq.az-a verdiyi məlumata görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı elan olunmuş bütün maddələr üzrə bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunublar və barələrində həbs qətimkan tədbiri seçilib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə onlar barəsində şərti cəza seçilib və onlar azadlığa buraxılıblar.
