Məhkəmə xəstəsinə təcavüz etməkdə ittiham edilən həkimə bəraət verdi


  • 9 Fevral 14:45

Bakıda “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işləyən Naxçıvan sakini, 1966-cı il təvəllüdlü Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, zərərçəkmiş Validə Babayevanın (ad və soyad şərti verilib – red.) iddiası əsasında İstintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilmişdi.

Xətai rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilməyib. Bu səbəbdən Çingiz Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham verilməsini, ona ağır cəza təyin olunmasını istəyib.

Bundan başqa, zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Çingiz Məmmədov tərəfindən təcavüzə məruz qaldığını, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Oxşar xəbərlər