Konstitusiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin maddəsini şərh edəcək


  • 10 Fevral 2021 14:53

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasında “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəasının şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 26-na təyin edilmiş iclasında baxılacaq.

Oxşar xəbərlər