"Hakimlərin maaşları artırılmalıdır" - Ramin Qurbanov


  • 10 Fevral 2021 21:04

"Nəinki birinci instansiya məhkəmələrinin, eyni zamanda apelyasiya və ali məhkəmələrin də hakimlərinin maaşları artırılmalıdır ki, onların müstəqilliyi tam təmin olunsun".

Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib. Onun fikrincə, hakimlərin bütün imtiyazları ödənilməlidir və daha yüksək maaş almalıdırlar.

"Belə bir yanaşma var ki, hakimlər də dövlət tərəfindən yaradılan bir qurumda işləyirlər və onların maaşı digər dövlət qulluqçularından yüksək ola bilməz. Mən bu fikirlə razılaşmıram. Hesab edirəm ki, hakimlərə qarşı yanaşma fərqli olmalıdır. Hakimlər digər dövlət qulluqçularından tam fərqlənməlidirlər", - deyə R.Qurbanov qeyd edib.

Oxşar xəbərlər