Məhkəmələrdə telefon zənglərinə niyə cavab verilmir? - AÇIQLAMA


  • 12 Fevral 2021 15:21

Vətəndaşların məhkəmələrdə qarşılaşdığı problemlərdən biri də bəzi hallarda telefon zənglərinə cavab verilməməsi ilə bağlıdır. Belə ki, bəzi vətəndaşlar dəfələrlə zəng etmələrinə baxmayaraq, məhkəmələrdə onların zənglərinə cavab verilməməsindən şikayət edirlər. Hətta vəkillər arasında da bu problemlə qarşılaşdıqlarını bildirənlər var.

E-huquq.az məsələ ilə bağlı Məhkəmə Hüquq-Şurasının sektor müdiri Seyfəlpaşa Əliyevlə əlaqə saxlayıb. O, e-huquq.az-a açıqlamasında bildirib ki, belə halla qarşılaşan vətəndaşlar şikayətləri barədə həmin məhkəməyə yazılı formada müraciət etməlidirlər.

"Bu hal texniki məsələlərə görə yaşana bilər, yaxud hansısa məhkəmədə ola bilər ki, işçilər doğrudan da telefon zənginə cavab vermir. Ona görə də bu kimi problemlər konkret hal üzrə araşdırılmalıdır. Yəni, əgər hər hansı məhkəmə telefon zənginə cavab vermirsə, vətəndaş bu barədə yazılı formada həmin məhkəməyə müraciət etməlidir. Bu zaman şikayət məhkəmə tərəfindən araşdırılacaq və problemin hansı səbəbdən yarandığı aydın olacaq", - deyə S.Əliyev qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər