Hakimliyə namizədlərin nəzərinə!


  • 12 Fevral 2021 15:42

Test və yazılı imtahandan uğurla keçən hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, 300-dən çox hüquqşünas isə test imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib.

Bildirilib ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari ilin mart ayının 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.

Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə ölkədə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və ölkə Prezidentinin 3 fevral 2021-ci il tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Oxşar xəbərlər