Sənan Hacıyev və Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçildi


  • 18 Fevral 2021 15:44

Məhkəmə-Hüquq Şurasının tərkibində dəyişiklik edilib.

E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Cinayət kollegiyasının sədri Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Onlar Ali Məhkəmənin hakimləri, Şurada səlahiyyət müddətləri başa çatan Şahin Yusifov və Şəlalə Məmmədovanı əvəzləyiblər.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Ədliyyə naziri Fikrət Məmmədovdur. Şuranın tərkibi 13 üzvdən ibarətdir.

Oxşar xəbərlər