Bakı Apelyasiya Məhkəməsi sürücüyə bəraət verdi


  • 18 Fevral 2021 19:47

Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan İsmayılov barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a O.İsmayılovun vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, O.İsmayılovun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib:

"Qaradağ Rayon Məhkəməsi tərəfindən açıq-aşkar qanunsuz hökmlə 4 il 6 müddətinə azadlıq məhrum edilmiş Orxan İsmayılov Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yeni hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə bəraət aldı".

Oxşar xəbərlər