Milli Məclisin deputatı Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək


  • 19 Fevral 2021 10:21

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Ədliyyə naziri Fikrət Məmmədovdur. Şuranın tərkibi 13 üzvdən ibarətdir.

Oxşar xəbərlər