Qərarları ən çox ləğv edilən hakimlərin adları məlum oldu - RƏSMİ


  • 19 Fevral 2021 14:20

Bu gün Ali Məhkəmə Plenumunun iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, hakim Sənan Hacıyev hesabat xarakterli çıxış edib.

O, çıxışında mülki işlər üzrə qərarları Ali Məhkəmə tərəfindən ən çox ləğv edilən Apelyasiya məhkəmələri hakimlərinin adlarını açıqlayıb. S. Hacıyev qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun çıxardığı qərarların 33 faizi, Gəncə Apelyasiya Məhkəməsinin hakimi Fikrət Mehtiyevin qərarlarının 27 faizi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun qərarlarının 28 faizi, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin qərarlarının 21 faizi, Şəki Apelyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin qərarlarının 28 faizi ləğv edilib.

Oxşar xəbərlər