İfadə verməkdən imtina edən şahidi və ya zərərçəkmiş şəxsi hansı cəza gözləyir?


  • 19 Fevral 2021 17:23

Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsinin cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 298 – ci maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər veri ki, şahid və ya zərərçəkmiş şəxs ifadə verməkdən imtina edirsə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Sevgül Qasımzadə

Oxşar xəbərlər