Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edildi


  • 23 Fevral 2021 11:41

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nizami Abdulla oğlu Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd müzakirəyə çıxarılıb.

E-huquq.az-ın məlumatına görə, müzakirələrdən sonra deputatlar N.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinə razılıq veriblər.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Ədliyyə naziri Fikrət Məmmədovdur. Şuranın tərkibi 13 üzvdən ibarətdir.

Milli Məclisin deputatı Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

Oxşar xəbərlər