Məzmuna keç

Məhkəmə-Hüquq Şurasının ötən iclasında cəzalandırılan hakimlər

Xəbər verdiyimiz kimi, ötən gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda illik hesabat təqdim olunub. Bildirilib ki, indiyədək ümumilikdə 8 hakim intizam məsuliyyətinə cəlb olunub, onlardan bəzilərinin fəaliyyəti isə ötən gün keçirilən iclasda araşdırılıb və barələrində müvafiq qərar qəbul edilib.

Qərara əsasən, qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə isə irad tutulub. Həmçinin, barələrində korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.