Ali Məhkəmə müraciət yaydı


  • 5 Mart 2021 18:17

Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin” təsdiq edilməsi barədə” 2020-ci il 1 iyun tarixli Fərmanının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə edilmişdir.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin yaydığı müraciətdə bildirilir.

Qeyd edilib ki, bu tövsiyəyə uyğun olaraq, Ali Məhkəmə sədrinin müvafiq əmri ilə Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” informasiya sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə işçi qrup yaradılmışdır.

Bununla əlaqədar olaraq, məhkəmələrin, maraqlı qurumların və şəxslərin məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiqi, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin səmərəliyinin artırılması ilə bağlı təkliflərinin 2021-ci il aprelin 1-dək Azərbaycan Respublikasının Ali Məhkəmənin Elektron-məhkəmə məsələləri və İnformasiya texnologiyaları şöbəsinin istifadəsində olan IT_department@supremecourt.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş edilir.

Oxşar xəbərlər