Yevlaxda qadının öldüyü qəza ilə bağlı məhkəmə başlayır


  • 6 Mart 2021 18:30

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rais Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, Yevlax Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Toğrul Əliyevin icraatındadır.

Qeyd edək ki, hadisə ötən il dekabr ayında Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Gürcüstan vətəndaşı, 1958-ci il təvəllüdlü Levan Saxlianın idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını ilə 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşını toqquşub.

R.Həsənovun avtomobilində olan 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızı dünyasını dəyişib.

Ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər