"Məhkumlar üçün videozənglərin təşkili təqdirəlayiq addım olar" - Ramin Qurbanov


  • 9 Mart 2021 13:53

Xəbər verdiyimiz kimi, Azərbaycanda məhkumlar üçün videozənglərin təşkili məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bu təklifin təqdirəlayiq olduğunu deyib.

"Bilirsiniz ki, hazırda bəzi cinayət işləri üzrə məhkəmə prosesləri onlayn qaydada aparılır. Fikrimcə, məhkumların öz ailəsi və yaxınları ilə görüşlərinin də onlayn formada keçirilməsi yaxşı təcrübə olar. Bu baxımdan videozənglərin təşkili barədə təklifi müsbət qiymətləndirirəm. Ümumiyyətlə, beynəlxalq təcrübədə də məhkumların öz yaxınları ilə əlaqə qurmasında videozənglərdən istifadə olunur", - deyə R.Qurbanov bildirib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər