Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən bloqer hakim qarşısına çıxarılır


  • 10 Mart 2021 09:22

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, A. Qurbanov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, A. Qurbanovun bloqer olduğunu bildirilir.

Oxşar xəbərlər