Məzmuna keç

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan qadın dələduzluqda ittiham edilir

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim hakim Mirzə Xankişiyevin icraatındadır.

İki nəfərə qarşı dələduzluqda təqsirləndirilən U.Səfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri – general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.