Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.
