Məhkəmə 4 nəfərin ölümündə ittiham edilən sürücü ilə bağlı bəraət qərarı verdi


  • 9 Aprel 17:47

Bu gün Şəki Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mais Mustafayevin barəsindəki hökmdən verilən apelyasiya protesti və zərərçəkmişlərin apelyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O bildirib ki, prosesdə şikayət təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci il iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər. Onların həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər