Xəzər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi hakim qarşısına çıxarılır


  • 12 Aprel 2021 17:29

Xeyli miqdarda dələduzluqda ittiham edilən Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Tural Əli oğlu Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cari ilin martında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların xeyli miqdarda əmlakını ələ keçirməkdə şübhəli bilinən T. Zeynalov saxlanılıb.

Sevgül Qasımzadə

Oxşar xəbərlər