Azərbaycanda hakim koronavirusdan vəfat etdi


  • 13 Aprel 2021 12:43

Azərbaycanda məhkəmə hakimi vəfat edib.

E-huquq.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov 62 yaşında dünyasını dəyişib. R. Hüseynovun koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, əvəllər prokurorluq orqanlarında çalışmış R.Hüseynov 2008-2011-ci ilərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011- 2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər