"Sabah məhkəmələr də bu təşəbbüslə çıxış edəcək ki, hansısa cərimələrdən gəlirlərin bəzi hissəsi bizə gəlsin"


  • 13 Aprel 2021 14:21

"Azərbaycanda 8 istintaq orqanı var. Bu orqanlarında qanunlarına dəyişiklik etmək lazımdır: “Dəyişiklik olmalıdır ki, bu güzəştləri onlara da şamil edək. Sabah məhkəmələr də bu təşəbbüslə çıxış edəcək ki, hansısa cərimələrdən gəlirlərin bəzi hissəsi bizə gəlsin. Ümumiyyətlə, bundan imtina etmək lazımdır. Biz dövlət orqanlarını cərimələrin təyin olunmasına şirnikləndiririk. Bundan imtina edilməlidir”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanda prokurorluq orqanlarında qəbul qaydaları çox çətindir: “Avropa ölkələrində gənc hüquqşünasları prokurorluq orqanları ilə işləməyə dəvət edirlər. Amma bizdə o qədər mərhələlər var ki... Növbəti oxunuşlara qədər biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, dövlət qulluğuna qəbul qaydaları da sadələşdirilməlidir. Test imtahanı verən şəxslər işə qəbul olunmalıdır. Bundan sonra olanlar süni əngəllərdir. Biz gənclərimizin işlə təmin olunmasını asanlaşdırmalıyıq”.

Oxşar xəbərlər