Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 hakimi koronavirusa yoluxub


  • 16 Aprel 2021 13:01

Azərbaycanda bir məhkəmənin 4hakimində koronavirus aşkarlanıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.

Oxşar xəbərlər