Məzmuna keç

“Mülki işlər üzrə də dövlət hesabına hüquqi yardım göstərilməlidir”

"Mülki işlərdə də vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilməlidir".

Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı deyib.

"Avropa ölkələrinin bir çoxunda mülki işlərdə də vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilir. Azərbaycanda isə bu yalnız cinayət işləri üzrə nəzərdə tutulub. Düşünürəm ki, bu məsələyə baxılmalıdır. Çünki mülki sahədə də dövlət hesabına hüquqi yardıma ehtiyacı olan aztəminatlı ailələr var. Aztəminatlı ailələrin mülki sahədə yaranmış mübahisələrində dövlət hesabına pulsuz hüquqi yardım çərçivəsində onlara vəkil ayrıla bilər. Bununla bağlı meyarlar müəyyən olunmalıdır ki, əhali tərəfindən sui-istifadə hallarına yol verilməsin", – deyə R.Qaraqurbanlı bildirib.

Xəyalə Bünyatova