Məzmuna keç

Məhkəmə ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan sürücüyə bəraət verdi

Şirvan Şəhər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Teymur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi T. Babayevin əməlində cinayət tərkibi olmadığı üçün məhkəmə onun barəsində bəraət hökmü verib.

Qeyd edək ki, hadisə 2019-cu ildə Şirvan Şəhərində qeydə alınıb. Teymur Babayevin idarə etdiyi mikroavtobus “VAZ 2107” markalı avtomobilllə toqquşub. Nəticədə avtomobilin sürücüsü dünyasını dəhyişib.

Faktla bağlı cinayət işi başlanıb.