Həbsdə olan sabiq nazir müavininin işi məhkəməyə göndərildi


  • 7 May 2021 09:28

Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş baxılaması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramovun xidməti və yaşadıqları ünvanlara keçirilən baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Oxşar xəbərlər