Azərbaycanda apelyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklər aparılacaq - RƏSMİ


  • 7 May 2021 19:00

Azərbaycanda apelyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklər aparılması ilə bağlı təkliflər verilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Qeyd olunub ki, «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə görülən tədbirlər çərçivəsində hakim kadrlarından səmərəli istifadə edilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Ötən il dövlət başçısının Sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.

Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin, fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

Oxşar xəbərlər