Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşının məhkəməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək təqsirləndirilən şəxsə 20 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.
Məhkəmə prosesi iyunun 11-də davam edəcək.
