Bakıda dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 8-nə təyin edilib.
Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan E.Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb.
E.Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
