Məzmuna keç

Tərtərdə piyadanı öldürüb qaçan sürücünün cinayət işi prokurorluğa qaytarıldı

Tərtərdə piyadanı öldürüb qaçan sürücünün cinayət işi prokurorluğa qaytarıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində piyadanı vurararaq hadisə yerindən qaçmaqda təqsirləndiirlən Hüseyn Əhmədovun cinaytət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra H.Əhmədovun vəkili vəsatət qaldıb. O, istintaq dövründə müvəkkilinin müdafiə hüququnun pozulduğunu və cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib. Məhkəmə cinayət işinin prokurorluğa qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, bu il mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini H.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.