Ənvər Seyidov məhkəməyə müraciət etdi - Pensiyaya görə

Keçmiş hakim Ənvər Seyidov məhkəməyə müraciət etdi


  • 7 Avqust 2019 13:20

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov pensiyasının artırılması üçün məhkəməyə müraciət edib.

E-huquq.az xəbər verir ki, Ə.Seyidov Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən keçmiş hakim pensiyasının düzgün hesablanmasını istəyir.

Məhkəmə iclasının vaxtı avqustun 22-nə təyin edilib və işə hakim Miminat Hacıbəyova baxacaq.

Qeyd edək ki, Ə.Seyidov bu il təqaüdə göndərilib.

Oxşar xəbərlər