- 12 May 22:31
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin koronavirusa yoluxması barədə məlumat yayılmışdı.
S.Əliyev e-huquq.az-a açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, COVID-19 testinin nəticəsi neqativdir və onda virus aşkarlanmayıb.
"İki dəfə test vermişəm. Hər ikisinin cavabı neqativ çıxdı. Sadəcə özümdə bir qədər narahatlıq hiss etdiyim və temperaturum olduğu üçün bir gün işə çıxmamışam. Ona görə də icraatımda olan işlər təxirə salınıb. Hazırda özümü yaxşı hiss edirəm. COVID-19 testimin nəticəsi də neqativ olduğuna görə sabahdan işə çıxacağam", - deyə hakim qeyd edib.
Xəyalə Bünyatova