Dələduzluqda təqsirləndirilən Faiq Məmmədov və Fuad Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, F.Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, F.Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.
İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon ABŞ dollarından artıq dələduzluq edib.
Daha əvvəl F.Məmmədov mətbuatda açıqlamasında bildirib ki, F.bayramovun maliyyə fırıldağının qurbanı olub.
Əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışdığını qeyd edən F.Məmmədov söyləyib ki, ümumi tanışlar vasitəsilə ilə 2016-cı ildə tanış olduğu və özünü sahibkar kimi təqdim edən F.Bayramov bizneslə məşğul olduğunu bildirərək, onu həmin biznesə investisiya qoymağa dəvət edib.
Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun "MƏK-AN" MTK-da qalması bəhanəsi ilə ödənişi ləngidib. Daha sonra isə ümumilikdə 5 327 229 ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini deyib.
Nəticədə zərərçəmişlər Daxili İşlər Nazirliyinə şikayət edib. Şikayət əsasında F.Bayramov 2018-ci il mart ayının 31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb, istintaqa cəlb edilib, Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Məmmədov bildirib ki, F.Bayramov həbsdən ev dustaqlığına buraxılıb.
Daha sonra F.Bayramovla birgə F.Məmmədova da ittiham edlan olunub.
