“Avrora” MMC “Aqro Food Service” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Avrora” şirkəti ümumilikdə 21 544 manat pul borcunun tutulmasını istəyib.
Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, iddia ərizəsində bir sıra nöqsanlar aşkarlanıb.
Məhkəmənin qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olub.
Qeyd edək ki, 1994-cü ildə yaradılan "Avrora" şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir.
