- 15 İyul 19:55
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.ci maddəsində dövlət rüsumunun ödənilmə qaydasından bəhs edilir.
E-huquq.az-ın məlumatına görə, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:
108.1.1. iddia ərizəsi verildikdə;
108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;
108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;
108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə;
108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə;
108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə;
108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;
108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə;
108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə".
Sevgül Qasımzadə