Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edib insanların pulunu almaqda təqsirləndirilən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, İ.Mikayılov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.
