Məzmuna keç

Məhkəmə arvadını öldürməkdə təqsirləndirilən polislə bağlı qərar verdi

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

E-huquq.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

İsmayıl Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 1-i səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.