Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının strukturunda dəyişiklik ediləcək.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Aparatın strukturuna daxil olan şöbələrdən bəzilərinin adı dəyişdiriləcək, bəziləri isə birləşdiriləcək və yeni şöbə yaradılacaq.
Eyni zamanda aparat işçiləri arasında kadr islahatlarının da aparılacağı gözlənilir.
Yeni strukturla bağlı layihə artıq müzakirə mərhələsindədir.
