Azərbaycanda məhkəmə sistemində həyata keçirilən islahatlar 2019-cu ilin sonlarından etibarən yeni dinamika üzrə inkişaf etməkdədir. Bu dinamikanın inkişaf trayektoriyasına diqqət etsək, son dövrlər ölkə miqyasında ixtisaslaşmış məhkəmələrin, yeni hakim təyinatlarının və mediasiya institutunun yaradılması diqqət çəkir. Eyni zamanda məhkəmə sisteminin modernləşdirilməsi istiqamətində də işlər görülür, yeni məhkəmə binaları istifadəyə verilir. Bəs vətəndaşlar aparılan bu işləri, ümumiyyətlə, ölkədə məhkəmələrin fəaliyyətini necə qiymətləndirirlər?
Bu məqsədlə oktaybrın 27-də e-huquq.az "Facebook" sosial şəbəkəsi üzərindən sorğu elan edib.
"Məhkəmələrin fəaliyyətindən razısınızmı?" başlığı ilə aparılan sorğu iki gün davam edib.
Sorğunun nəticələrinə görə, "Facebook" istifadəçilərinin 15 faizi "razıyam", 60 faizi "razı deyiləm", 25 faizi isə "qismən razıyam" seçimini ediblər.
Sevgül Qasımzadə
