Məzmuna keç

“Azərbaycanda boşanmaların sayı artır, ailə məhkəmələri yaradılmalıdır”

"Azərbaycanda boşanmaların sayı artır, bununla bağlı məhkəmə sistemində yeni ailə məhkəmələri yaradılmalıdır".

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, son vaxtlar qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanma halları sürətlə artıb:

"Ölkədə boşanma halları 40%-dən yuxarıdır. Mən Azərbaycanı qardaş Türkiyə və yaxın ölkələrlə müqayisə etdikdə, müşahidə edirəm ki, ölkəmizdə boşanma sürətlə artır. Sözsüz ki, bunun kökündə müxtəlif səbəblər var, gənclərin dünyaya baxışı, iqtisadi məsələlər və sair. Hesab edirəm ki, Azərbaycanda Ailə Məhkəməsi institutu yaradılmalıdır. Hətta Rusiyanın Ali Məhkəməsi də bir neçə il bundan öncə ailə məhkəməsinin yaradılması ilə bağlı qərar qəbul edib".

Xəyalə Bünyatova