Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

Bu gün Quba rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Yadigarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O qeyd edib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 20-də Quba-Xaçmaz yolunda baş verib. Belə ki, N. Yadigarov yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Şakir Ağarzayevi idarə etdiyi "Kia Betta" markalı avtomobillə vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.