Məzmuna keç

Bakı sakinini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərildi

Bakı sakinini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərildi

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Telman Fətullayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasov icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, haidəs bu il martın 19-da Bakının Binəqədi rayonunda baş verib.

Belə ki, rayonun Biləcəri qəsəbəsində paytaxt sakini, 1995-ci il təvəllüdlü Mirağa Mirbalazadə naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı M.Mirbalazadə həmin şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən T.Fətullayev polis əməkdaşları tərəfindən saxlanılıb.