Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 20-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 24-də Sumqayıt şəhərində şüşə qablar istehsal edən müəssisələrin birində baş verib. 1988-ci il təvəllüdlü S.Cəfərov 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, polislər tərəfindən saxlanılıb.
Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib və onun əlinə tikiş qoyulub.
