Məzmuna keç

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 5 nəfərin ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, bu il mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İ.Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü İ.Qasımov və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.