Məzmuna keç

Qazaxıstanlı hakim: “Azərbaycan inzibati məhkəmə sahəsində bizdən öndədir”

"Bu gün inzibati məhkəmə sahəsində Azərbaycan bizdən öndədir, çünki burada artıq 10 ildir ki, inzibati məhkəmələr fəaliyyət göstərir. Qazaxıstanda isə inzibati məhkəmələr cəmi yarım ildir ki, yaradılıb".

Bunu e-huquq.az-a açıqlamasında Qazaxıstan Ali Məhkəməsinin hakimi German Karimoviç Nurbayev deyib.

O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə təşəkkürünü bildirib: "Biz buraya Azərbaycanın təcrübəsini öyrənməyə gəlmişik. Həmkarlarımızla fikir mübadiləsi apardıq, onların ilkin təcrübədə qarşılaşdıqları problemləri öyrəndik. Onlar səhvlərin təkrarlanmaması üçün bizə kömək etməyə çalışırlar və buna görə çox minnətdarıq. Hesab edirəm ki, bu, çox yaxşı və səmərəli işgüzar səfərdir. Həm uğurlarımızı, həm də səhvlərimizi səmimi qəbul edib, mehribanlıqla bölüşən bütün heyətə və şəxsən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə təşəkkür edirəm".

Xəyalə Bünyatova