Nərimanov Rayon Məhkəməsində bəzi hakimlərin səlahiyyət müddəti bitib.
E-huquq.az xəbər verir ki, onlar – Solmaz Ədilova, Tural Ələkbərov, Hafiz Kamranov, Aytən Novruzova və Vüqar Quliyevdir.
Həmin hakimlər səlahiyyət müddətinin başa çatması ilə əlaqədar artıq yeni işlərə baxa bilmirlər.
Qeyd edək ki, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək – 66 yaşınadək uzadılır. Ali Məhkəmədə isə bu hədd 68 yaşdır.
Sevgül Qasımzadə
