Məzmuna keç

Cəbrayıl Rayon Məhkəməsinə yeni sədr təyin edildi

Cəbrayıl Rayon Məhkəməsinə yeni sədr təyinatı olub.

E-huquq.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Qeyd edək ki, T.Nüsrətov 2018-ci ildən İmişli Rayon Məhkəməsinin hakimi işləyirdi.